
“Gəncə”dən çətin qələbə
- 05 Mar 2025 22:28
- 53
Azərbaycan Basketbol Liqasında 16-cı tura yekun vurulub.
Rekord.az xəbər verir ki, sonuncu matçda "Gəncə" "Quba" ilə üz-üzə gəlib.
Rəqibi 91:83 hesabı ilə məğlub edən "Gəncə" xallarının sayını 28-ə çatdırıb və B qrupunda liderliyini qoruyub. "Quba" 20 xalla 5-cı sıradadır.
Günün ilk matçında "Şəki" "Ordu"nu üstələyib - 89:74.
Turun daha əvvəl keçirilən görüşlərində "Neftçi" "Naxçıvan"ı 114:70, "Sabah" "Sərhədçi"ni 89:73, "Sumqayıt" "Lənkəran"ı 88:83, NTD isə “Abşeron”u 98:85 hesabı ilə məğlub edib.