
“Gəncə”dən növbəti qələbə
- 09 Mar 2025 17:20
- 66
"Gəncə" Azərbaycan Basketbol Liqasında liderliyini davam etdirib.
Rekord.az xəbər verir ki, B qrupunda yer alan bölgə təmsilçisi 17-ci turda "Lənkəran"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 90:76.
Xallarının sayını 30-a çatdıran "Gəncə" birinci pillədə qərarlaşıb. "Lənkəran" 20 xalla sonuncu - altıncı sıradadır.
Saat 19:00-da star götürəcək digər matçda "Ordu" "Sumqayıt"ın qonağı olacaq.
Turun daha əvvəl baş tutan görüşlərində NTD "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, "Abşeron" "Sərhədçi"ni 77:75 hesabı ilə məğlub edib.