Həftəsonu Tovuzda "Şamaxı"nı qəbul edəcək "Kəpəz" hazırlıqlarını Gəncədə davam etdirir.

Rekord.az xəbər verir ki, komanda doğma şəhərdə məşq etsə də, yerli azarkeşlər məşqlərə buraxılmayıb.

Deyilənə görə, bu haqda qərarı baş məşqçi Azər Bağırov verib. Buna səbəb, məşqdə sınanacaq taktiki gedişlərin sirr qalmasıdır.