Artıqbir bir aydan çoxdur ki, AFFA-nın bayrağı altında keçirilən uşaq liqalarında yeni mövsümə start verilib.

Rekord.az xəbər verir ki, həftə sonu artıq 5-ci turun oyunları keçiriləcək.

Lakin təəssüf ki, futbol şəhəri olan Gəncə hələ də bu marafondan uzaqdı. Belə ki, bu şəhəri təmsil edən komandalar heç cürə yarışlara start verə bilmirlər. Məlumat üçün qeyd edək ki, U-8-dən U-14 yaş qrupuna qədər olan bölgə komandaları mövsümə zona yarışları ilə başlayır. O cümlədən də Gəncədən olan "Təhsil", UGİM və s. komandalar da Qərb zonası üzrə mübarizə aparırlar. Bu zonanın oyunları da Gəncə şəhər stadionunun ərazisində, "Kəpəz" Təlim-Məşq Bazasında keçirilir. Lakin hazırda burada hökm sürən şəraitsizlik gəncəli uşaqların yeni mövsümün dadını çıxarmasına imkan vermir. Ən əsas problem isə yarışda oynamalı olan komandaların formalarını dəyişməsi üçün yerin olmamasıdır. Əraziyə ən azı 2-3 konteyner vaqon qoyulmalıdır ki, uşaqlar heç olmasa orada paltarlarını dəyişə bilsinlər. Çox təəssüf ki, nə AFFA, nə "Kəpəz" klubu, nə də Gəncə İcra Hakimiyyəti. Gəncə Gənclər və İdman İdarəsi bu problemi həll etmir. Nəticədə 40-dan artıq komanda, 600-dən artıq isə uşaq futbolsuz qalıb. Qətb zonasında yeni mövsümə nə zaman start veriləcəyi də sual altındadır.