“Gəncə”nin baş məşqçisi: “Komanda özünə bənzəmir”
- 14 Mar 2024 15:20
- 261
“Qış fasiləsindən sonra komanda özünə bənzəmir”.
Rekord.az xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Bedri Meriç "Neftçi"yə 62:97 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının 15-ci turunun matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis oyunçuların mübarizə əzmini ortaya qoya bilmədiklərini söyləyib: "Onları toparlamağa çalışırıq. Zədəyə görə mövsümü erkən başa vuran Kenyon Dulinqin də yoxluğu təsir edir. Qarşıdakı 4 oyunda qələbə qazanmaq məcburiyyətindəyik. Başqa yolumuz yoxdur".
Baş məşqçi kubokda 1, liqada 3 görüşlərinin qaldığını vurğulayıb: "Həmin matçlarda hədəfimiz qalib gəlməkdir. Çempionatı major notlarla başa vurmaq istəyirik. İki həftəlik fasilə var. Fasilədən maksimum yararlanmağa çalışacağıq”.