Gəncənin idman həftəsi
- 02 May 2023 16:00
- 366
Gəncə şəhərində həftə içi mühüm idman tədbirləri keçiriləcək.
Rekord.az həmin tədbirlərin siyahısını sizə təqdim edir:
- "Heydər Əliyev İli"nə həsr olunmuş idarə, müəssisə və təşkilat əməkdaşları arasında “İnkişaf Kuboku II” minifutbol yarışı - 1-5 may, saat 15:00 (“27.05” futbol meydançası);
- “Heydər Əliyev İli”nə həsr olunmuş boks üzrə 2009-2010, 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında açıq birincilik - 1 may, saat 11:00 (Nizami Gəncəvi adına Mədəniyyət Evi);
- “Heydər Əliyev İli”nə həsr olunmuş "Əzm" marafonu - 1 may, saat 11:00-da (Gəncə Gənclər Evi).