Gənclər və idman naziri AVF-nin fəaliyyəti ilə tanış olub
- 08 Okt 2021 21:40
- 831
Oktyabrın 8-də Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının fəaliyyəti ilə tanış olub. "Rekord.az" xəbər verir ki, nazir voleybolçu yeniyetmə və gənclərlə görüşüb, onların məşq proseslərini izləyib, eləcə də voleybol federasiyasında yaradılmış şəraitlə maraqlanıb.
Federasiyanın birinci vitse-prezidenti Faiq Qarayev nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, regionlarda voleybol bölmələrinin təşkili, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.
Görüşdə federasiyanın baş katibi Cəlil Cəfərov, AVF prezidentinin müşaviri Əbülfəz Hüseynov, baş koordinator Zöhrab Gözəlbəyli və yeniyetmələrdən ibarət milli komandanın voleybol komandasının baş məçqçisi Alla Həsənova iştirak ediblər.