Gənclər və idman naziri Pekin olimpiadası üçün Çinə getdi
- 12 Fev 2022 19:00
- 565
Gənclər və idman naziri Fərid Qayıbov Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı Çinə səfər edib.
Rekord.az xəbər verir ki, Nazir Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova ilə görüşəcək və onun çıxışlarını izləyəcək. 19 yaşlı idmançının özü bu gün Çinin paytaxtında olacaq.
Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Digər fiqurlu konkisürən Vladimir Litvintsev olimpiadanı 18-ci pillədə başa vurub. Ryabova fevralın 15-də qısa proqramda məharətini göstərəcək. O, "24-lüy"ə düşəcəyi təqdirdə fevralın 17-də sərbəst proqramda yarışacaq.