Azərbaycan idmançılarının 2022-ci ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb.

Gənclər və İdman Nazirliyindən "Rekord.az"-a verilən məlumata görə, ümumilikdə 837 medal əldə olunub.

2022-ci il ərzində Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 837 medal qazanıblar. Bunun 356-sı (116 qızıl, 101 gümüş, 139 bürünc) Olimpiya, 384-ü (110 qızıl, 105 gümüş, 169 bürünc) qeyri-Olimpiya, 97-si (44 qızıl, 18 gümüş, 35 bürünc) paralimpiya proqramının payına düşür.