Gənclər və İdman Nazirliyinin sabiq mətbuat katibi yeni vəzifədə
- 13 İyl 2021 16:00
- 910
Gənclər və İdman Nazirliyinin sabiq mətbuat katibi Səmayə Məmmədova yeni vəzifəyə təyinat alıb.
Rekord.az xəbər verir ki, bu barədə o, özünün "Facebook” səhifəsində məlumat verib. Məmmədova bundan sonra Bakı Nəqliyyat Agentliyində (BNA) PR məsələlərinə rəhbərlik edəcək.
Məmmədova gənclər və idman naziri Azad Rəhimovun vəfatından sonra öz istəyi ilə tutduğu vəzifədən ayrılmışdı.