Gerye sıraya döndü, Mbodj hazırlıqdan kənarda qaldı
- 03 Mar 2020 22:10
- 684
“Neftçi” Premyer Liqanın 20-ci turunda qarşılaşacağı "Sabah”la oyunun hazırlığına başlayıb.
Rekord.az xəbər verir ki, "Səbail”lə görüşdən sonra bərpa məşqi edən komanda fasilə vermədən bu gün məşqə çıxıb.
Əvvəlcə klubun inzibati binasındakı fitnez zalında müxtəlif fiziki təmrinlər edən komandanın üzvləri sonra "Türk Hava Yolları Futbol Mərkəzi”ndə toplu çalışmaları yerinə yetiriblər.
Mamadu Mbodj zədəli olduğu üçün məşqdə iştirak etməyib, Donald Gerye isə fərdi məşqə başlayıb.
Hazırlıq sabah bir məşqlə davam edəcək.