“Getdikcə hər şey yaxşı olacaq” - Berdıyev
- 11 Avq 2024 21:39
- 195
“Turan Tovuz”un baş məşqçidi Kurban Berdıyev Premyer Liqanın 2-ci turu çərçivəsində doğma meydanda “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:
“Oyun iki fərqli hissədən ibarət oldu. Birinci hissədə kifayət qədər aktiv oynadıq. Əlimizə düşən imkanlardan istifadə edə bilməsək də, ilk hissədən razı qaldım. İkinci hissədə hesabı qoruyub saxlamaq hissi futbolçulara daha çox təsir elədi. “Sumqayıt”ın da haqqını vermək lazımdır. Kifayət qədər keyfiyətli futbolçulardan ibarət güclü komandadır. İkinci hissədə çox yaxşı oynadılar. İki güclü rəqibə qarşı oynamışıq. Görünən odur ki, bu oyunlardan sonra üzərində düşünməli olduğumuz məqamlar var. İnşallah, getdikcə hər şey yaxşı olacaq. Tovuzlu azarkeşlər məni yaxşı mənada təəccübləndirdilər. “Neftçi” ilə oyunda da uzun məsafə qət edib bizi dəstəklədilər. Bu oyunda da stadionu demək olar ki, doldurmuşdular. Onlara təşəkkür edirəm. Həqiqətən möhtəşəm atmosfer yaratmışdılar”.