Gimnastika hakimlərimizdən qitələrarası kurslarda yüksək nəticə
- 11 Dek 2024 12:50
- 119
Azərbaycan təmsilçiləri İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər Olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarında yüksək nəticə göstəriblər.
Rekord.az xəbər verir ki, bu barədə gimnastika federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Kurslarda ölkəni akrobatika və idman gimnastikası üzrə hakimlər təmsil ediblər.
Qeyd edək ki, kurslar dekabrın 1-8-i aralığında baş tutub.
1. Əhməd Ağayev - kateqoriya 1 (idman gimnastikası)
2. Rza Əliyev - kateqoriya 2 (idman gimnastikası)
3. Durdanə Əhmədova - kateqoriya 3 (akrobatika gimnastikası)
4. Arif Feyziyev - kateqoriya 3 (parkur)