Gimnastika turniri ləğv edildi
- 14 Mar 2020 19:20
- 867
Aprelin 17-19-da Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir ləğv olunub.
Rekord.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.
Beynəlxalq Bakı turnirində gənc və daha kiçik yaş qruplarına daxil olan gimnastların iştirakı planlaşdırılırdı.