Batut gimnastikası üzrə Azərbaycan millisi Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək “Golden Jump” beynəlxalq turnirində iştirak edəcək.

Rekord.az xəbər verir ki, yığmamızın üzvləri bu məqsədlə Gürcüstana yola düşüblər.

Komandanın heyətində Fərhad Mustafayev, Samirə Hüseynova, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Nicat Mirzəyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Mehdi Əliyev və Selcan Mahsudova qüvvələrini sınayacaqlar.

“Golden Jump” turniri mayın 16-dək davam edəcək.