GİN “Sağlam həyat" günləri təşkil edəcək
- 30 İyl 2024 16:46
- 192
Gənclər və İdman Nazirliyi iyulun 31-də “Sağlam həyat" günləri təşkil edəcək.
Rekord.az xəbər verir ki, Bakıda "Amburan Beach Club"da təşkil olunacaq tədbirdə müxtəlif idman növləri üzrə normativləri yerinə yetirən iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.
Tədbir saat 11:00-dan 17:00-dək davam edəcək. Tədbirə qoşulmaq üçün öncədən qeydiyyat tələb olunmur və hər kəs “Sağlam həyat" günlərinə qoşula bilər.