Goranboy Olimpiya İdman Kompleksində Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkili məqsədi ilə "Gimnastika hamı üçün" devizi altında nümunəvi çıxışlar keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Azərbaycan Gimnastika Federasiyasının sertifikatını qazanmış peşəkar məşqçi Şəms Sultanova tərəfindən 28 nəfər uşaq və yetirməyə gimnastika idman növü üzrə məşğələlər keçirilib.

İdman yönümlü və əyləncə xarakterli tədbirin keçirilməsində əsas məqsəd gənc nəslə sağlam həyat tərzinin önəminin aşılanması və idmanın kütləviliyinin artırması olub.