Gövhər Beydullayeva qrossmeyster olub
- 07 Apr 2022 17:15
- 540
Sloveniyada keçirilmiş şahmat üzrə şəxsi Avropa çempionatında iştirak edən Azərbaycanın 3 təmsilçisi fərdi normativləri yerinə yetirib.
Rekord.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, son turda qələbə qazanan Read Səmədov ilk, Abdulla Qədimbəyli qrossmeyster üzrə ikinci normativini toplayıb.
Gövhər Beydullayeva isə xanımlar arasında ən yaxşı nəticəni göstərib və qadınların qrossmeyster üzrə son normasını yerinə yetirib.
Qeyd edək ki, qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar o cümlədən, Azərbaycan təmsilçiləri Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.