Göyçayda Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Heydər Əliyev İli" nə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında 3 km məsafəyə "KROSS" yarışı keçirilib.

Rekord.az xəbər verir ki, məktəbli idmançılar saat 10:00 da Peşə liseyinin qarşısından start götürərək Heydər Əliyev prospekti və Nəriman Nərimanov küçələrindən keçərək Mədəniyyət evi qarşısında finiş xəttində dayanıblar.

Yarışda Bığır kənd 2 saylı tam orta məktəbin şagirdi Abbasov Səid l yerə, şəhər 5 saylı tam orta məktəbin şagirdi Ağayev Ayxan ll yerə, Müskürlü kənd tam orta məktəbin şagirdi Həsrətov Sərxan lll yerə layiq görülüb.