Göygöldə Avropa Kuboku başa çatdı, Azərbaycan birinci oldu
- 05 May 2024 20:20
- 281
Göygöldə yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokuna yekun vurulub.
Rekord.az xəbər verir ki, Azərbaycan millisi yarışı 14 medalla başa vurub.
Komandamız 4 qızıl, 1 gümüş və 9 bürünc mükafata sahib çıxıb.
Bu gün Mehdi Abbasov (81 kq), Sübhan Axundov (+90 kq) qızıl, Cəsur İbadlı (81 kq) və Hüseyn Eyvazlı (90 kq) bürünc medal qazanıblar.
Yekunda Azərbaycan yığması beynəlxalq turnirin qalibi olub. Fransa (2-4-4) 2-ci, Türkiyə (1-3-0) isə 3-cü yeri tutub.
Turnirdə 14 ölkədən 323 cüdoçu mübarizə aparıb.