Güləş Federasiyasının rəsmiləri Qəbələyə səfər ediblər
- 15 Okt 2024 17:40
- 239
Azərbaycan Güləş Federasiyasının (AGF) Hakimlər Kollegiyasının sədri Qərib Əliyev və Regionlar üzrə əlaqələndirici Elfaq Səfərov "Qəbələ" İdman Klubunun güləş bölməsində yaradılan şəraitlə tanış olmaq üçün Qəbələ şəhərinə səfər ediblər.
Rekord.az xəbər verir ki, rəsmilər məşqçilərlə görüşüb, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb və idmançılara öz tövsiyələrini çatdırıblar.
“Qəbələ” İdman Klubunda məşqçi-müəllimlər Fərid Mustafayev (sərbəst güləş) və Ruhin Mikayılovun (yunan-Roma güləşi) rəhbərliyi altında 70-dən artıq yeniyetmə güləşlə məşğul olur.