Güləşçilərimizdən Yakutskda dörd medal
- 13 Okt 2019 21:00
- 1041
Oktyabrın 11-13-də Rusiyanın Yakutsk şəhərində sərbəst güləş üzrə Dmitri Korkinin xatirə turniri keçirilib.
Rekord.az xəbər verir ki, ənənəvi yarışda böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında çıxış edən pəhləvanlarımızdan dördü fəxri kürsüyə qalxıb.
Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Pərviz İbrahimov (57 kq) ilə Hacımurad Hacıyev (74 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, Memorialda beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub.