Güləşçilərimizin Fərdi Dünya Kubokunda ilk rəqibləri bilindi
- 11 Dek 2020 22:00
- 789
Sabah Serbiyanın paytaxtı Belqradda yunan-Roma güləşi üzrə Fərdi Dünya Kubokuna start veriləcək.
Rekord.az xəbər verir ki, dekabrın 18-dək davam edəcək yarışda Azərbaycanın 8 idmançısı mübarizə aparacaq.
Bunlar Eldəniz Əzizli, Nihat Məmmədli, Taleh Məmmədov, İslambek Dadov, Ülvü Qənizadə, Sənan Süleymanov, İslam Abbasov və Beka Kandelakidir.
Bu gün isə bütün çəkilərdə püşkatma mərasimi keçirilib və milli üzvlərinin ilk rəqibləri müəyyənləşib.
55 kq
1/8 final: Eldəniz Əzizli – Sebastyan Kolompar (Serbiya)
60 kq
1/8 final: Nihat Məmmədli – Viktor Çiobanu (Moldova)
63 kq
1/8 final: Taleh Məmmədov – Aleksey Masik (Ukrayna)
67 kq
Təsnifat: İslambek Dadov – Ruben Marvike (İtaliya)
72 kq
1/8 final: Ülvü Qənizadə - İbrahim Qanem (Fransa)
77 kq
Təsnifat: Sənan Süleymanov – Paskal Eysele (Almaniya)
87 kq
1/8 final: İslam Abbasov – Bəşir Sid Azara (Əlcəzair)
130 kq
1/8 final: Beka Kandelaki – Alin Kiurariu (Rumıniya)
Qeyd edək ki, Fərdi Dünya Kubokunda I-S kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq.