Güləşçimiz Dünya Kubokunun finalında!
- 12 Dek 2020 22:01
- 1128
Bu gün güləş üzrə Fərdi Dünya Kuboku başlayıb.
Rekord.az xəbər verir ki, ilk yarış günündə 55, 67, 72, 77 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.
Eldəniz Əzizli ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçimiz növbəti görüşdə Rusiya idmançısına uduzub. Rusiyalı soydaşımız finala yüksəldiyi üçün Əzizli dekabrın 13-də təsəlliverici görüşə çıxacaq.
İslambek Dadov təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə xalçadan məyus yola salıb. Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığmamızın üzvü adını 1/4 finala yazdırıb. Bu mərhələdə prinsipial qarşılaşmaya çıxan güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək yarımfinala yüksəlib. Ukraynalı həmkarına da gücünü göstərən İslambek Fərdi Dünya Kubokunun finalına vəsiqə qazanıb.
Ülvü Qənizadə debütdə Fransa, Sənan Süleymanov Almaniya, İslam Abbasov isə Əlcəzair güləşçisinə məğlub olub.
Qeyd edək ki, bu çəkilərdə medallar uğrunda qarşılaşmalar dekabrın 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
55 kq
1/8 final: Eldəniz Əzizli – Sebastyan Kolompar (SRB) 9:0
1/4 final: Eldəniz Əzizli - Emin Seferşayev (RUS) 1:9
Təsəlliverici görüş: Eldəniz Əzizli - Rudik Mkrtçyan (ARM)
67 kq
Təsnifat: İslambek Dadov – Ruben Marvike (İTA) 9:0
1/8 final: İslambek Dadov - Nilton Qarsiya (PER) 9:0
1/4 final: İslambek Dadov - Slavik Qalstyan (ARM) 7:4
1/2 final: İslambek Dadov - Artur Politayev (UKR) 8:2
FİNAL: İslambek Dadov - Nazir Abdullayev (RUS)
72 kq
1/8 final: Ülvü Qənizadə - İbrahim Qanem (FRA) 1:2
77 kq
Təsnifat: Sənan Süleymanov – Paskal Eysele (GER) 0:9
87 kq
1/8 final: İslam Abbasov – Bəşir Sid Azara (ALG) 1:2