Güləşçimiz reytinq turnirinin 1/4 finalında uduzdu
- 07 İyn 2024 18:20
- 248
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mübarizəyə başlayıb.
Rekord.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda iranlı Əli Abbas Rezayigüzgelehə uduzub.
Xatırladaq ki, ötən gün milli üzvlərindən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.