Azərbaycanlı futbolçu Tural Rzayev formasını geyindiyi “Merani” klubundan ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə Gürcüstan təmsilçisinin rəsmi “facebook” səhifəsi məlumat yayıb. “Merani” 26 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

Daha əvvəl Azərbaycanda “Kəpəz”in formasını geyinən Rzayev, Litvanın “Yonava” klubunda da çıxış edib. Yarımmüdafiəçi bu ilin yanvarında “Kəpəz”dən “Merani”yə keçib. Onun Gürcüstan karyerası cəmi bir ay çəkib.