Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçiriləcəyi yer müəyyənləşib. "Rekord.az" xəbər verir ki, fevralın 18-dən həm Super Liqada, həm də Yüksək Liqada ardıcıl 4 gün qarşılaşmalar təşkil olunacaq. 

Buna Gürcüstan komandalarının Bakıya gəlməsi səbəb olub. Bu gün paytaxtımıza gələn qonşu ölkə təmsilçiləri sabahdan çempionatda mübarizəyə başlayacaqlar. Oyunlara iki arena - Dərnəgül Voleybol Mərkəzi və “Sərhədçi” Olimpiya İdman Mərkəzi ev sahibliyi edəcək. 

 

Azərbaycan çempionatı

Super Liqa, qadınlar

18 fevral

   15:00. “Mübariz” – Gürcüstan

19 fevral

   15:00. “Azerreyl” – Gürcüstan

20 fevral

   15:00. UNEC – Gürcüstan

21 fevral

   15:00. “Abşeron” – Gürcüstan

 

Azərbaycan çempionatı

Yüksək Liqa, kişilər

18 fevral

   14:00 Express – MOİK

   16:00 Azərreyl – Neftçi

   17:00 Murov – Gürcüstan

19 fevral

   17:00. “Xilasedici” – Gürcüstan

20 fevral

   17:00. “Neftçi” – Gürcüstan

21 fevral

   17:00. MOİK - Gürcüstan