Hacıqabulda daha bir idman tədbiri
- 06 Mar 2023 11:15
- 429
Ötən gün "İdman Həftəsi" çərçivəsində "5 mart Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə Hacıqabul şəhər 5 saylı tam orta məktəbində Voleybol İdman növü üzrə master-klas keçirilib.
Rekord.az xəbər verir ki, master-klas, voleybol İdman növü üzrə məşqçi-müəllim Amid Hüseynov tərəfindən keçirilib.
Ümumilikdə master-klasda 40 nəfərə yaxın yuxarı sinif şagirdləri iştirak edib. Master-klasın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin idmana marağın artırılması və sağlam həyat tərzi təbliğ etməkdir.