Hacıqabulda "TOPLA" layihəsinə start verildi
- 10 Fev 2023 12:41
- 452
Hacıqabul rayonunda "TOPLA" layihəsi çərçivəsində həvəskarlardan ibarət voleybol idman klubunun təqdimat mərasimi keçirilib.
Rekord.az xəbər verir ki,layihənin keçirilməsində əsas məqsəd regionda yaşayan istedadlı uşaq, yeniyetmə və gənclərin üzə çıxarılması, topla oynanılan oyunları intensivliyinin artırılması,gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təşviq etməkdir.
Layihə 3 ay davam edəcək və layihə çərçivəsində müxtəlif idman yarışları, master klasslar və məşhur idmançılara görüşlər nəzərdə tutulub. Layihənin əhatə çevrəsi 500 nəfər uşaq, yeniyetmə və gəncdir. Layihə, Hacıqabul Rayon Gənclər və İdman İdarəsi və Hacıqabul rayon Təhsil Sektorunun birgə əməkdaşlığı ilə həyata keçirilir.