Hacıqabulda uzunluğa tullanma yarışı
- 23 İyn 2024 13:00
- 203
Hacıqabul Rayonu Üzrə Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə Hacıqabul şəhər 6 nömrəli tam orta məktəbin idman meydançasında Atletika idman növü üzrə Uzunluğa Tullanma yarışı keçirilib.
Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd Hacıqabulda Atletika idman növünün inkişafı istiqamətində fəaliyyətlərin həyata keçirilməsi və idmanın kütləviliyinin artırılmasıdır.
Qeyd edək ki, qaliblər Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub. Yarışın keçirilməsində dəstəyinə görə Hacıqabul şəhər 6 nömrəli tam orta məktəbin idman müəllimi Rəmzi Qoçəliyevə təşəkkür edirik. Ümumilikdə yarışda 30 nəfərə yaxın idmançı iştirak edib.