Hacıyev “Trabzonspor” - “Krasnodar” oyununda
- 17 Okt 2019 14:40
- 806
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev beynəlxalq təyinat alıb.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, Hacıyev UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 24-də Trabzon şəhərindəki Şenol Güneş Spor Kompleksində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Krasnodar” (Rusiya) oyununun UEFA nümayəndəsi olacaq.