
“Haiti yığması Belarusa nisbətən daha aktiv komandadır” – Səbuhi Abdullazadə
- 24 Mar 2025 17:40
- 82
Azərbaycan millisi sabah yoldaşlıq oyunu çərçivəsində Belarus yığmasını qəbul edəcək.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Səbuhi Abdullazadə oyundan bir gün əvvəl keçirilən mətbuat konfransına qatılıb.
Abdullazadə sabah qələbə qazanıb, öncəki məğlubiyyəti (Haitiyə 0:3 hesablı yenilgi) unutduracaqlarına ümid etdiyini bildirib:
“Öncəki oyunda məğlub olmuşduq. Ümid edirəm ki, sabah qələbə qazanıb, öncəki məğlubiyyəti unutdurarıq. Keçən oyunda ağır nəticə oldu. İstəməzdik belə olsun. Psixoloji olaraq sabahkı oyuna hazırıq. Millidə debüt etdim. Sağ olsunlar, təcrübəli oyunçularımız mənə kömək etdi. Haiti yığması Belarus millisinə nisbətən daha aktiv komandadır”.