HAKİM BİABIRÇILIĞI: əvəzlənən futbolçu meydançadan çıxmamış oyuna başladı, qol vuruldu FOTO
- 09 Okt 2024 11:00
- 530
Uşaq liqalarındakı biabırçılıqlar haqqında dəfələrlə danışılıb, deyilib, amma təəssüf ki, düzələn heç nə yoxdur.
Rekord.az xəbər verir ki, U-17 liqasının son turunun "Araz Naxçıvan" - "Sumqayıt" matçında biabırçı olay yaşanıb.
Belə ki, oyunun gedişində "Sumqayıt" əvəzləmə edib. Əvəzləmənin qaydası necədir? Oyun dayanan zaman yan xətt hakimi bayrağı qaldırır və baş hakimin icazəsi ilə əvəzləmə həyata keçirilir. Meydançanı tərk edən futbolçu gəlir kənara, yalnız bundan sonra onu əvəzləyəcək futbolçuya meydançaya girməyə icazə verilir. Buna dördüncü hakim, eləcə də yan xətt hakimi nəzarət edir. Yalnız bundan sonra baş hakim oyuna davam edir. Bu oyunda isə "Sumqayıt"ın futbolçusu meydançanı tərk etməmiş, onu əvəzləyən komanda yoldaşı meydançaya daxil olub. Köməkçi hakim ilk ciddi səhvi burda buraxıb. Köməkçi bir yana, əvəzlənən futbolçu meydançanı tərk etməmiş, baş hakim oyuna "davam" işarəsi verib və "Araz Naxçıvan" qol vurub. Təsəvvür edin, adam meydançanın içində ola-ola oyun gedir, hətta əvəzlənən futbolçu dönüb qolu da seyr edir. Bu nə hakimlikdi, adi qaydanı bilməyən, hakimlərin futbolda nə işi var, bunlara kim nəzarət edir, kim təyinat verir. Hələ buna etiraz edən "Sumqayıt"ın baş məşqçidi Mehman Yunusovu da qırmızı vərəqə ilə hədələyiblər.