Hakimin penalti qərarı Vahabzadəni özündən çıxardı: "Hakimlik eləməyin, gedin, başqa sənətlə məşğul olun"
- 22 Fev 2020 03:45
- 1290
Dünən I Divizion çərçivəsində keçirilən "Sumqayıt-2" - "Kəpəz" matçı qalmaqalla yadda qalıb.
Rekord.az xəbər verir ki, görüşün baş hakimi Nicat İsmayıllı 65-ci dəqiqədə qonaqların qapısına penalti təyin edib.
Bu isə gəncəlilərin ciddi narazılığına səbəb olub. Onların fikrincə, gəncəli müdafiəçi "podkat" zamanı topa müdaxilə etmiş və qaydanı pozmamışdı. Komandanın baş. məşqçisi Yaşar Vahabzadə də epizoda kəskin reaksiya verib. O, hakimə xitabən "Olmaz e belə olmaz. Təmiz topa oynayıb penal nədi? Hakimlik eləməyin də, gedin, başqa sənətlə məşğul olun"n ifadəsini işlədib .