Hakimlər dövlətdən nə qədər pul alacaq?
- 22 Apr 2020 18:00
- 980
Xəbər verdiyimiz kimi, çempionat dayandırılandan sonra gəlirdən məhrum olan futbol hakimlərimiz də pulsuz qalmayacaq. Öncə onlara AFFA tərəfindən yardım ediləcəyi deyilsə də ədalət təmsilçiləri əsas dəstəyi dövlətdən alacaq.
Rekord.az xəbər verir ki, hakimlər AFFA-dan maaş almasa da əməkdaşlıq müqavilələri var.
Yəni aldıqları qonorardan vergi ödəyirlər. Dövlətdən də maddi dəstəyi məhz vergi ödəyicisi kimi alacaqlar. Məbləğə gəlincə bu, 250 manat təşkil edəcək. (cempion.az)