Hakimlər Komitəsi referilər üçün növbəti seminar təşkil edib
- 2023-12-08 12:40
- 246
Azərbaycan Boks Federasiyasının (ABF) Hakimlər Komitəsi referilər üçün növbəti seminar təşkil edib.
Rekord.az xəbər veri rki, kişi boksçuların Azərbaycan çempionatının startından başlayan təlimlər yarışın final günündə – dekabrın 8-də başa çatacaq.
Hakimlər Komitəsinin sədri Emil Qurbanəliyev tərəfindən keçirilən seminarda 16 ədalət təmsilçisi iştirak edir. Referilərə müxtəlif nəzəri və praktiki məsələlər barədə lazımı məlumatları verilib, hakimlərin döyüşlərin gedişində əsas nəyə diqqət yetirmələrini izah edilib.
Hər seminarda olduğu kimi, bu dəfə də yarışa yeni hakimlər cəlb edilib. Bunlar Samir Baxışov, Laçın Baxışov, Famil Babayev, Mahir Hüseynov və Babali Səlimzadədir.
Qeyd edək ki, Azərbaycan çempionatı dekabrın 3-də start götürüb.