
Hakimlər Komitəsinin sədri "Neftçi" - "Kəpəz" matçındakı mübahisəli epizoda münasibət bildirdi
- 03 Mar 2025 16:20
- 60
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Neftçi” və “Kəpəz” komandaları arasında baş tutan cavab oyunundakı mübahisəli epizoda münasibət bildirib.
Rekord.az xəbər verir ki, o, paytaxt təmsilçisinin futbolçusu Bassala Sambunun epizodu ilə bağlı danışıb:
"Matçın 58-ci dəqiqəsində “Neftçi”nin hücumu zamanı Bassala Sambu topla irəliləyərək, rəqibin cərimə meydançasına daxil olur. Bu zaman “Kəpəz”in üzvü Elmir Tağıyev onunla top uğrunda mübarizəyə girir. Hücumçu topa toxunduqdan sonra orta intensivliklə müdafiəçinin ayağına (açıq ayaq, şiplərlə irəli, kontaktın yeri yuxarı) vurur. Bununla o, müdafiəçinin sağlamlığını təhlükə altına atır. VAR müdaxiləsi və hakimin bu ciddi qayda pozuntusu üçün qırmızı vərəqə qərarı dəstəklənir. Müdafiəçinin ayağına tam təmas yox, sadəcə yüngül təmas olsaydı və ya ayağını sürtsəydi, o zaman təmas üçün sarı vərəqə qərarı qəbul edilə bilərdi".
Qeyd edək ki, "Neftçi" - "Kəpəz" görüşü Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.