
Hakimləri söyən baş məşqçiyə 5 oyunluq cəza
- 18 Apr 2025 20:00
- 60
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, 2-ci Liqanın 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Göygöl” – “Şahdağ Qusar” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Göygöl” klubu 100 manat cərimə edilib.
“Hypers Guba” – “Şəfa” oyununun 76-cı dəqiqəsində “Hypers Guba” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Hypers Guba” klubu 150 manat cərimə edilib.
“Lerik” – “Dinamo” oyunu “Dinamo” komandasının paltardəyişmə otağını gec tərk etməsi səbəbindən gec başladığı üçün “Dinamo” klubu 150 manat cərimə edilib.
“Füzuli” – “Ağdaş” oyununda “Ağdaş” klubunda 6 nəfər sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilib.
“Füzuli” – “Ağdaş” oyunu bitdikdən sonra “Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyun cəzalanıb, Ağdaş klubu 400 manat cərimə edilib.
“Füzuli” – “Ağdaş” oyunu bitdikdən sonra “Ağdaş” klubunun futbolçuları tərəfindən stadionun paltardəyişmə otağına dəymiş zərər Ağdaş” komandası tərəfindən ödəniləcək.
“Şəmkir” – “Kür-Araz” oyununda “Kür-Araz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.