Hakimləri söyüb təhdid edən Rauf Əliyevə sərt cəza
- 19 Noy 2024 15:01
- 96
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda bu qurumun bayrağı altında təşkil olunmuş müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
U-15 Liqasının “Turan Tovuz” - “Qarabağ” oyununda “Qarabağ”ın futbolçusu Oqtay Mehrəliyev qarşılaşmanın 80+4-cü dəqiqəsində komanda yoldaşını təhqir etdiyi üçün qırmızı vərəqə aldığına görə 3 oyun cəzalandırılıb. “Qarabağ”ın baş məşqçisi Rauf Əliyev qarşılaşmanın 67-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə, oyunboyu hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam etdiyinə görə 5 oyun cəzalandırılıb. O, müstəsna hal olaraq 500 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri hakimləri təhqir və təhdid etdiyinə, bu hal oyunboyu davam etdiyinə görə sözügedən komandanın növbəti oyunu “Qarabağ” FK azarkeşləri olmadan keçiriləcək.
U-12 Liqasının “Ələt” – “Ərgünəş” (Sumqayıt) oyunu “Ərgünəş” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Sumqayıt komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.