
“Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı”
- 14 Apr 2025 17:30
- 82
"Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov "Ordu"ya uduzduqları (88:92) Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyununda hakim idarəçiliyindən narazı qalıb.
Rekord.az xəbər verir ki, mütəxəssis bu barədə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, əllərindən gələni etdiklərini bildirib:
"Amma serb hakim kobud səhvə yolverdi. Üç xal uduzduğumuz vaxtda üç xallıq atış etdik, o da hücum foulu qeydə aldı. O da oyunun taleyini həll etdi. Digər tərəfdən, ağzımızı aça da bilmirik, hamıya texniki foul verirdi. Amma rəqib komandanın oyunçularına, məşqçisinə bu cür yanaşma yox idi. İstədiklərini edirlər. Bu oyunda hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı. Rotasiyamız geniş deyil, güclə gəlib çatırıq, özümüzü "öldürürük", sonda da belə olur. Biz əlimizdən gələni etdik".