Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən hakimlər qonorarlarını vaxtında ala bilmirlər.

Rekord.az xəbər verir ki, AFFA-ya yaxın mənbədən cempion.az-a ötürülən məlumata görə, son iki turun ödənişlərində ciddi gecikmələr olub.

Bunun maddi sıxıntı ilə bağlı olub-olmadığı bəlli  deyil. Bəlli olan odur ki, gecikmələr hakimlərin narazılığına səbəb olub.