Bir müddət əvvəl həbsxanadan çıxan rusiyalı futbolçu Aleksandr Kokorinin yeni iş yeri məlum olub.

Rekord.az xəbər verir ki, 28 yaşlı hücumçu “Soçi"yə keçib.

Kokorin mövsümün sonuna qədər icarə əsasında “Soçi”nin formasını geyinəcək. Kokorin müqavilə ilə “Zenit” klubuna məxsusdur.

Pavel Mamayev, Kokorin və onun qardaşı Kirill 2018-ci il oktyabrın 11-də həbs edilmişdilər.

Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin “Birinci kanal”ın aparıcısı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunmuşdular. Kokorin ötən ilin sentyabrında azadlığa buraxılıb.