“Heç-heçə yaxşı nəticədir” - Nicat Abasov
- 05 Apr 2024 15:30
- 219
“Heç-heçə mənim üçün yaxşı nəticədir”.
Rekord.az xəbər ki, bunu Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirinin 1-ci turunda rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə edən Azərbaycan şahmatçısı Nicat Abasov deyib.
28 yaşlı qrossmeyster rəqibinin belə oyun sərgiləyəcəyini gözləmədiyini söyləyib: "Məqsədim onu möhkəm saxlamaq idi. Bu, ilk qarşılaşmadır, kəskin və dinamik oynamaq istəmirdim".
Yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.