"Hədəfimiz vətənə qızıl medalla dönməkdir"
- 11 Avq 2022 14:44
- 460
Azərbaycannın qadın voleybolçulardan ibarət millisi İslamiadada keçirdiyi iki görüşdən də qalib ayrılıb. "Rekord.az" xəbər verir ki, komandamız qrupdakı son görüşünü sabah Kameruna qarşı keçirəcək. Yığmamızın əsas heyət üzvlərindən olan blokçumuz Olena Xarçenko yarışla bağlı fikirlərini bölüşüb:
"İslam Həmrəyliyi Oyunları böyük yarışdır. Burada bir çox növlər üzrə idmançılar çempionluq uğrunda mübarizə aparırlar. Bu cür yarışlar hər birimiz üçün böyük təcrübədir.
İslamiadada iki qələbə qazanmışıq. Qrup mərhələsində bir matçımız qalıb. Hədəfimiz 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarındakı uğuru təkrarlamaq və vətənə qızıl medalla dönməkdir. Bunun üçün hər cür şansımız var. Komandamıza uğurlar arzu edirəm".