"Hədəfimiz Vətənə qızıl medalla dönməkdir"
- 13 Avq 2022 17:42
- 490
Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası adını İslamiadanın yarımfinala yazdırıb. "Rekord.az" xəbər verir ki, sabah finala yüksəlmək uğurunda İranla qarşılaşacaq millimizin təcrübəli oyunçularından olan toppaylayıcımız Şəfaqət Alışanova fikirlərini bölüşüb:
"İslamiadada B qrupunda mübarizəyə başladıq. Qrupda üç görüş keçirdik. İlk iki matçda rahat qələbə qazandıq. Sonuncu görüşümüz Kamerun yığmasına qarşı oldu. Birinci setdə öz səhvlərimizə görə məğlub olduq. Buna baxmayaraq sonra hissələri qazanaraq matçın qalibi ola bildik və qrup lideri kimi növbəti mərhələyə yüksəldik.
Sabah yarımfinalda İran yığması ilə qarşılaşacağıq. Hədəfimiz vətənə qızıl medalla dönməkdir. Çalışmalıyıq ki, qarşıdakı görüşlərdə daha yaxşı oyun göstərək. İnanıram ki, bu yarışda qalib gələrək 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarındakı qələbəni təkrarlayacağıq. Komandamıza uğurlar arzu edirəm".