Həftədə 350 min avro qazanır, deyir, maaşımı kəsməyin
- 22 Apr 2020 17:49
- 663
"Arsenal”ın üç oyunçusu koronavirus pandemiyasına görə maaşlarının azaldılmasına etiraz edib.
Rekord.az xəbər verir ki, imtina edənlərdən biri yarımmüdafiəçi Mesut Ozildir.
O, komandada ən yüksək maaş alan oyunçudur. Futbolçu həftədə 350 min avro qazanır.
Yarımmüdafiəçi klubun üzvlərindən onun qərarına hörmət etməyi xahiş edib. Futbolçu bildirib ki, koronavirusun maliyyə nəticələrini qiymətləndirmək üçün ona vaxt lazımdır.
"Arsenal"ın futbolçuları maaşlarının 12,5 faizinin azaldılmasına razılaşıblar. Razılaşma bu ilin aprelindən 2021-ci ilin martınadək müddəti əhatə edəcək.