“Gəncə"nin basketbolçusu Malek Deyvis klubun mətbuat xidmətinə açıqlama verib.


Rekord.az xəbər verir ki, o, uğurlu çıxışın davamını pley-off mərhələsində də gətirmək istədiklərini söyləyib:


“Məqsədimiz oyunlarda qalib gələrək mövsümü uzatmaq üçün özümüzə fürsət verməyə davam etməkdir. Həm klub, həm də azarkeşlərimiz üçün bacardığımız qədər irəli getmək istəyirik. Bizi qarşıda “Şəki” ilə matçlar gözləyir. Pley-off görüşlərinin çətin keçəcəyini bilirəm. Hər matç böyük bir döyüş olacaq. Hazırlığımız və məşqçimizin oyun planı ilə qalib gəlmək üçün gücümüzü meydanda maksimum qoymağa çalışacağıq”.


25 yaşlı hücumçu pley-offun məsuliyyətini yaxşı başa düşdüklərini və qarşılaşmalara ciddi hazırlaşdıqlarını vurğulayıb:


“Yaxşı məşqlər keçmişik. Verilən tapşırıqları meydanda tam yerinə yetirməyə çalışmışıq. Rəqibi də təhlil etmişik. Eyni qrupda mübarizə apardığımızdan rəqib tanıdığımız komandadır".


"Gəncə" pley-in mərhələsində "Lənkəran"ı (96:92, 100:74) üstələyərək pley-offa adlayıb. Qərb təmsilçisi bu raundda "Şəki" ilə üz-üzə gələcək.