Çempionlar Liqasının oyunlarında da "Qarabağ" – APOEL görüşləri çətin alınmışdı. Bu dəfəki görüşün də çətin alınacağını düşünürəm".

 

Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında Kipr millisinin sabiq üzvü Georgos Pelagias deyib.

 

2013-2015-ci illərdə "Bakı"da oynamış kiprli Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək "Qarabağ" – APOEL oyunu barədə danışıb. Sabiq "Bakı"lının fikrinə görə, Bakıda keçiriləcək oyunda şanslar bərabərdir: "Bakıdakı oyun həm "Qarabağ", həm də APOEL üçün çətin olacaq. Məncə, şanslar bərabərdir. APOEL uduzarsa, Tomas Dollu istefaya göndərəcəklər? Bu barədə heç bir bilgim yoxdur. Ona görə nəsə deməyim düzgün çıxmaz. İstənilən halda maraqlı və gərgin oyun olacaq".