Noyabrın 22-də AFFA Həmkarlar İttifaqının növbəti yığıncağı keçirilib.

 

Rekord.az xəbər verir ki Nazim Süleymanovun sədrliyi ilə keçirilən toplanışda Səmədağa Şıxlarov, Novruz Əzimov, Əfqan Talıbov, Naib Abdulla, Babək Alxasov, Asəf Namazov, Orucəli Durmuşov, Əfqan Həmzəyev, Samir Ələkbərov və Ramin Allahverdiyev də iştirak edib. 

 

İlk olaraq çıxış edən Nazim Süleymanov noyabr ayında görülən işlərdən söz açıb. Sədr bildirib ki, bu ay Masallıda yerli təşkilatın yaradılması fəaliyyətimizin daha bir uğurudur. Nazim müəllim təşkilatın adından AFFA prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktuba da müsbət cavab alacağına ümid etdiyini qeyd edib.  Nazim Süleymanov ölkə başçısı cənab İlham Əliyevin Sumqayıt şəhərində yerləşən Mehdi Hüseynzadə adına stadionun yenidən qurulması üçün imzaladığı sərəncamı da xüsusi olaraq qeyd edib. O bildirib ki, dövlətimiz tərəfindən futbol stadionuna ayrılan vəsait futbolumuza olan daha bir diqqət və qayğının uğurlu nəticəsidir. Azərbaycan futboluna hər zaman dəstək olduğuna görə Süleymanov təşkilatın bütün üzvləri və futbol ictimaiyyəti adından prezident İlham Əliyevə minnətdarlığını bildirib.   Daha sonra gündəlikdə duran bəzi məsələlər və gələcək planlar müzakirə olunub.  Milli komandamızın "Avro-2020" seçmə mərhələsini 8 oyuna 1 xalla başa vurması da müzakirə mövzusu olub. Bu nəticə hər kəs tərəfindən qınanıb və belə nəticənin Azərbaycan futbolu adına utanc olduğu qeyd olunub.