Həmkarlar İttifaqının Gəncə şöbəsinə təzyiqlər: Novil İsmayılovu necə sıxırlar? ÖZƏL
- 18 Yan 2020 12:00
- 1064
AFFA Həmkarlar İttifaqının Gəncə bölməsi ciddi təzyiqlərə məruz qalıb.
Rekord.az xəbər verir ki, sözügedən təşkilatın üzvü, eyni zamanda ittifaqın idarə heyətinin də üzvü olan Novil İsmayılov AFFA-ya yaxın yerli dairələr və eləcə də icra hakimiyyəti tərəfindən təzyiqlə üzləşib.
Belə ki, həmçinin məşqçilik fəaliyyəti ilə məşğul olan İsmayılova süni əngəllər yaradılır, ona məşq keçmək üçün meydança verilmir. Bundan başqa, AFFA vasitəsi ilə ona söz göndərilir və Nazim Süleymanovun ittifaqından kənarlaşmaq tələb olunur. Etməyəcəyi təqdirdə oyunlara hakim-inspektor kimi təyinat almayacaq.